AZ

CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır

Cənubi Afrika Respublikası ABŞ-nin sədrlik etdiyi dövrdə G20-nin ilk iclasında iştirak üçün dəvət almadığına görə fəaliyyətinə fasilə verib.Bunu CAR Prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.

O əlavə edib ki, Pretoriya G20-də fəal işini 2026-cı ilin dekabrında, sədrliyin ABŞ-dən Böyük Britaniyaya keçməsi ilə bərpa edəcək.

"Bir ildən sonra Böyük Britaniya G20-yə sədrlik edəcək və biz yenidən bütün dünya üçün həqiqətən vacib olan məsələləri məzmunlu və əhatəli şəkildə müzakirə edə biləcəyik", - rəsmi nümayəndə vurğulayıb.

Seçilən
75
2
anews.az

3Mənbələr