Tanınmış müğənni İbrahim Borçalı qonaq olduğu “Rəngarəng” verilişində qızı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.
İfaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:
“Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı əzizimdir. Qızım üçün yaşayıram, o nə deyirsə, etməyə çalışıram”.
İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb:
“Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir”.
Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub.(milli.az)