AZ

Arda çökdü Alonso fikrini dəyişib

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

"Real Madrid"də mövsümə uğurla başalayan Arda Güler son həftələrdəki performansına görə tənqid olunub.

Metbuat.az xəbər verir ki, İspaniyanın "Sport" nəşri türk futbolçunun uğursuz oyun sərgiləməsinin səbəbi barədə iddia irəli sürüb. “Arda çökdü” başlıqlı xəbərdə futbolçunun son 11 oyunda qolla yadda qala bilməməsinə diqqət çəkilib. Xəbərdə Gülerin uğursuz oyununun əsas səbəbi kimi Cud Bellinghem göstərilib. Bildirilib ki, Arda ingilis ulduzla birlikdə oynamağa uyğunlaşmayıb.

Bellinghemin zədəsi zamanı uğurlu oyun nümayiş etdirən Arda Gülerin, ingilis oyunçunun heyətə qayıtmasından bəri uyğunlaşmaqda çətinlik çəkdiyi bildirilir. Xəbərdə deyilir ki, Arda həm fikizi, həm də mövqe seçmək baxımından bacarıqlı oyunçudur. Lakin futbolçunun hazırda uğurlu oyun nümayiş etdirmədiyi və Bellinghemlə meydanda anlaşa bilmədiyi irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
metbuat.az

2Mənbələr