AZ

Ukrayna Krımda Rusiyaya dərs verdi VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna xüsusi təyinatlıları Krımda Rusiya qırıcı təyyarəsini məhv edib.

Globalinfo.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) “Prımary” adlı xüsusi təyinatlı dəstəsi Krımın müvəqqəti işğal altındakı “Kacha” aerodromunda Rusiyaya məxsus MiQ-29 qırıcı təyyarəsini məhv edib.

Bu barədə idarənin  mətbuat xidməti məlumat yayıb.

Həmin gecə Ukrayna qüvvələri tərəfindən Simferopol yaxınlığında yerləşən “İrtiş” adlı aerodrom radar kompleksi də zərbə altına düşüb.

Mətbuat xidmətinin açıqlamasında bildirilir:

“Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələri müvəqqəti işğal olunmuş Krım üzərində rusların hava hücumundan müdafiə sistemini zəiflətməyə davam edir. Radarlar, zenit sistemləri və Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı aviasiya məhv edilir.”

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
3
globalinfo.az

10Mənbələr