AZ

Koşta Trans-Xəzər marşrutunun əhəmiyyətindən danışdı

Son on il ərzində Avropa İttifaqı Qazaxıstan üçün ən böyük ticarət tərəfdaşına və xarici investora çevrilib.

Publika.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Astanada Prezident Kasım-Jomart Tokayevlə danışıqlar zamanı söyləyib.

“Neft və uran tədarükündə üçüncü yerə yüksələn Qazaxıstan eyni zamanda Avropanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Aydındır ki, bu gün münasibətlərimizin möhkəmlənməsi və iqtisadi əlaqələrimizin genişlənməsi baxımından yeni mərhələyə qədəm qoyuruq”, – deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

A. Koştanın sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq müasir çoxtərəfli dünyada münasibətlərin inkişafında və praktik irəliləyişində mühüm elementdir.

Seçilən
56
4
publika.az

5Mənbələr