AZ

Ceyhun Bayramov NATO rəsmisi ilə regional təhlükəsizliyi müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə daxil olan müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular müzakirə olunub.

Seçilən
35
3
publika.az

7Mənbələr