AZ

Emre Belözoğlunun yeni klubu bilindi

BAKI, 4 dekabr. TELEQRAF

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqa təmsilçisini Emre Belözoğlu çalışdıracaq.

45 yaşlı mütəxəssis bu postda istefaya göndərilən Şota Arveladzeni əvəzləyib.

Qeyd edək ki, Emre Belözoğlu son olaraq “Antalyaspor”un baş məşqçisi olub.

Seçilən
23
3
teleqraf.com

4Mənbələr