ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov uşaqlıq arzusundan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində uşaqlıq illərində müğənni olmaq istədiyini bildirib:
"Mən aktyor olmasaydım, yəqin ki, müğənni olardım. Uşaq vaxtı oxumağı sevirdim, həvəsim, səsim var idi. Getdim ki, xora yazılım, amma məni tar dərslərinə yazdılar. Onunla da oxumadım. Səsim indi də var. "Ad günü" filmində də "Bəri bax" mahnısını ifa etmişəm".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.