AZ

Emre Belözoğlu yenidən Superliqaya qayıdıb

Bakı. Trend:

"Başakşehir" və "Fənərbaxça"nın sabiq baş məşqçisi EmreBelözoğlunun yeni iş yeri müəyyənləşib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis "Kasımpaşa"nıçalışdıracaq. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidmətiməlumat yayıb.

Lakin onunla imzalanan müqavilənin detalları hələlikaçıqlanmayıb. Belözoğlu bu vəzifədə Şota Arveladzeni əvəzləyib.

Qeyd edək ki, "Kasımpaşa" hazırda Superliqanın turnir cədvəlində13 xalla 14-cüdür.

Xatırladaq ki, E.Belözoğlunun son klubu "Antalyaspor" olub. O,oktyabrın 7-də istefa verib.

Seçilən
94
2
az.trend.az

4Mənbələr