AZ

Putin SSRİ-nin bərpasını mənasız hesab edir

BAKI, 4 dekabr. TELEQRAF

"SSRİ-nin bərpasından söhbət gedə bilməz; Rusiyanın belə bir məqsədi yoxdur".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində Sovet İttifaqını dirçəltməyə çalışıb-yaratmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Xeyr, əlbəttə ki, yox. Bundan söhbət gedə bilməz. Bunun sadəcə mənası yoxdur", deyib.

"Orada rasionallıq məsələsi də var. Hazırkı şəraitdə bunun heç bir mənası yoxdur, çünki bu, Rusiya Federasiyasının etnik və dini tərkibini kökündən dəyişdirəcək", - Rusiya lideri qeyd edib.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr