AZ

ATƏT-in fəaliyyətdə olan sədri Rusiyanı qoşunlarını Dnestryanıdan dərhal çıxarmağa çağırıb

BAKI, 4 dekabr. TELEQRAF

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiyanı Moldovanın Dnestryanı regionu ərazisindən dərhal və qeyd-şərtsiz qoşunlarını və silahlarını çıxarmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

"Moldova ilə bağlı biz vurğuladıq ki, Dnestryanı nizamlama prosesi Moldovaya məxsusdur və onun ATƏT-in vasitəçiliyi ilə dialoqu aktivləşdirməklə dəstəyimiz var. Biz Rusiyaya 1999-cu ildə İstanbul Sammitində qoşunların və silahların qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri xatırladırıq", - Valtonen bildirib.

Seçilən
108
teleqraf.com

1Mənbələr