AZ

Şəmkirdəki mikroavtobus qəzasının TƏFƏRRÜATI

ain.az bildirir, Ayna portalına istinadən.

Sürücü qanunsuz fəaliyyət göstərib

Şəmkirdə yol-nəqliyyat hadisəsini törədən mikroavtobusun sürücüsü qanunsuz fəaliyyət göstərib.

AYNA.AZ xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

"Dekabrın 4-ü saat 07:44-də Şəmkir Rayon Su Elektrik Stansiyası ərazisində mikroavtobus torpaq yolla hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə, avtobusda olan 22 nəfərdən üçü müxtəlif bədən xəsarətləri alıb. Avtobusda olan sərnişinlərdən 20 nəfəri qadındır. Sürücü Rəfael Məhəmməd oğlu Hüseynov Yevlax rayonunun Qoyunbinəsi kənd sakinidir və fəhlələri Şəmkir rayonu ərazisində yerləşən istixanalara aparırmış. 20-DU-942 dövlət qeydiyyat nişanlı "Mersedes-208 D" markalı mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
ayna.az

4Mənbələr