AZ

Laza kəndinin sakinlərinə ŞAD XƏBƏR: Yeni körpü istifadəyə verildi - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Laza kəndində bir qrup kənd sakini ilə birlikdə tikintisi başa çatdırılaraq istifadəyə verilmiş körpü ilə yerində tanış olub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə sözügedən körpünün inşası Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilib.

Kənd sakinləri körpünün tikintisinin onların gündəlik həyat şəraitini yaxşılaşdırdığını, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaratdığını qeyd edərək layihənin icrasına görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
82
2
bizim.media

3Mənbələr