AZ

"Kəpəz" 1/4 FİNALDA

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.
 

Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə "Kəpəz" 1 qol vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.


Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

19:00. "Araz-Naxçıvan" – "Kəpəz" - 0:1

Qol: Ohori, 115 (0:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

"Liv Bona Dea Arena"

Bizim.Media

Seçilən
56
50
bizim.media

10Mənbələr