AZ

“Pantone” 2026 cı ilin rəngini açıqladı

ain.az bildirir, Yeniavaz portalına istinadən.

“Pantone” araşdırma institutu 2026-cı ilin rəngini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İnstitutun sosial şəbəkə hesabında məlumst paylaşılıb.

Bildirilib ki, bu “Bulud rəqqası” 11-4201 rəngi olub. “Bulud rəqqası” “aydınlıq, rahatlıq və enerji doldurmaq üçün kollektiv istəyi əks etdirən həyəcanlandırıcı, təvazökar ağ” rəngdir.

“Sürətlə inkişaf edən dünyada bu kölgə boş kətanı, köhnə sərhədlərin aradan qalxdığı və yeni ideyaların ortaya çıxa biləcəyi bir fasilə anını simvollaşdırır”, - məlumatda deyilir.

“Pantone”un vitse-prezidenti Lori Pressman vurğulayıb ki, bu rəng “balanslı, xeyirxah və dərin insan dünyasında yaşamaq istəyimizdən xəbər verir”.

Xatırladaq ki, 2025-ci ilin rəngi ​​yumşaq qəhvəyi “Mocha Mousse”dur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
yeniavaz.com

2Mənbələr