AZ

Dünyanın ən təmiz və ən çirkli şəhəri seçilib

Dünyanın ən çirkli şəhəri adı Macarıstanın paytaxtı Budapeştə verilib.

QHT.az xəbər verir ki, Polşanın Krakov şəhəri 2025-ci ilin sonuna kimi dünyanın ən təmiz şəhəri elan edilib və 98,5% müsbət rəy toplayıb. Analitiklər Euromonitor-un Top 100 Destination siyahısındakı şəhərlərin 70 min real rəyini qiymətləndirərək nəticəyə gəliblər. Polşanın digər şəhəri Varşava da 97,8% göstərici ilə ilk beşlikdədir. Təmizlikdə Polşanın uğuru ölkənin son illərdə tullantı idarəçiliyinə və təkrar emal infrastrukturuna yatırdığı böyük sərmayələrlə izah olunur.

Ən çirkli şəhər isə Budapeşt seçilib – təmizliklə bağlı rəylərin 37,9%-i mənfi olub. Turist axınının sürətli artımı şəhərin tullantı sisteminin öhdəsindən gələ bilməməsinə səbəb göstərilir. İtaliyanın dörd şəhəri də zibil və qraffitilərə görə “ən çirkli 10-luq”da yer alıb. Avia və dəmir yolu mesajında isə bildirilib ki, Ryanair və Wizz Air Polşadan yeni marşrutlar açıb, Polşa–Ukrayna qatarlarında nəzarət prosedurlarının sadələşdirilməsi planlaşdırılır.

 

R.İmanov

Seçilən
22
qht.az

1Mənbələr