GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin “India Today” qəzetinə müsahibəsində silahların əhəmiyyəti və müasir döyüş texnologiyalarının rolu barədə danışıb.
Globalinfo.az xəbər verir ki, o, klassik silah nümunəsi olan Kalaşnikov avtomatını mühüm hərbi vasitə kimi qiymətləndirib, eyni zamanda yüksək texnologiyalı sistemlərin artan dəyərinə diqqət çəkib.
Putin xüsusilə Rusiya və Hindistanın birgə istehsal etdiyi “BrahMos” raketlərini xatırladaraq bildirib ki, müasir silahların real döyüş təcrübəsində sınaqdan keçməsi onların dəyərini bir neçə dəfə artırır.
“Kalaşnikov əlbəttə ki, vacib silahdır. Amma biz bu gün ən yüksək, dünyanın ən qabaqcıl texnologiyalarından danışırıq. Müəyyən silah növlərinin döyüşdə tətbiqini nəzərə alsaq, onların əhəmiyyəti qat-qat yüksəlib”, – deyə prezident vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya istehsalı silahlar real hərbi əməliyyatlar zamanı öz effektivliyini dəfələrlə sübut edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.