futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunda “Kəpəz”ə uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki,mütəxəsssi matçdan (0:1) sonra baş tutan mətbuat konfransında bunları deyib:
“Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.
Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.