Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi yaxınlığında naməlum dronlar aşkar edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib.
Belə ki, Ukrayna prezidentinin təyyarəsi hava limanına endikdən bir neçə dəqiqə sonra Dublin aeroportu yaxınlığından dörd naməlum PUA uçub. Bu barədə xəbəri İrlandiyanın “The Journal” internet nəşri də təsdiqləyib.
Dronları kimin buraxdığı və idarə etdiyi, yaxud onların hazırkı yeri hələlik məlum deyil.
Anar