ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İtaliya Kubokunda “Latsio” və “Milan” arasında 1/8 final matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Roma şəhərindəki “Stadio Olimpiko”da oynayıblar.
Paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.
Matçda yeganə qol 80-ci dəqiqədə vurulub. “Latsio”nun cinah oyunçusu Mattia Zakkani qolun müəllifi olub.
“Latsio” İtaliya Kubokunun dörddəbir finalına yüksəlib. Turnirin ilk səkkiz komandası sırasına artıq “Yuventus”, “Atalanta”, “Napoli”, “İnter” və “Bolonya” daxil olublar. 1/8 finalın son oyunları 13 və 27 yanvar tarixlərində keçiriləcək. “Roma” “Torino”, “Fiorentina” isə “Komo” ilə oynayacaq.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.