AZ

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

Qaradağda

Lökbatanda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi FHN-in Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar xəttə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1” yaşayış kompleksində yanğınla bağlı məlumat daxil olub. Ulusum.az xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzildə baş verən yanğın qısa müddətdə söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəx və dəhliz hissəsi 13 m² sahədə yanıb. Təəssüf ki, hadisə zamanı 4 nəfər həyatını itirib. Bina sakinləri təxliyə olunub, mənzilin digər hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.R.Daşdəmirova

Diqqət Çəkənlər

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq

Bakıda iki gün LEYSAN OLACAQ - XƏBƏRDARLIQ

Ceyranbatan Su Anbarından Evlərimizə Gələn Su Necə Təmizlənir?

Seçilən
53
ulusum.az

1Mənbələr