AZ

“Azərbaycan Sənaye Sığorta”nın yığımları 28 milyon manata yaxınlaşır

“Azərbaycan Sənaye Sığorta” ilk 10 ayda 27 milyon 774 min manat sığorta haqqı toplayıb.

Şirkətin yığımları illik müqayisədə 6 milyon 428 min manat (30%) artıb.

Ötən il yığımlar 21 milyon 346 min manat idi.

Ödənişlər də 1 milyon 952 min manat (22,6%) artaraq 10 milyon 569 min manat olub.

Ötən il ödənişlər 8 milyon 617 min manat olmuşdu.

Şirkətin ödəniş-yığım nisbətində azalma müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 38,1% təşkil edib. Ötən ilin müvafiq dövründə isə  - 40,4%-ə bərabər olub..

Seçilən
119
fed.az

1Mənbələr