AZ

Ruben Amorim: “Məyusam, əsəbləşirəm”

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim oyunda daha hücumameyilli dəyişiklik etməməsi ilə bağlı sualı cavablandırarkən, “daha kim hücumçu ola bilərdi?”, - deyə reaksiya göstərib.

İdman.Biz xəbər verir ki, ona Kobbi Mainu haqqında xatırlatma edildikdən sonra portuqaliyalı mütəxəssis emosiyalarını gizlətməyib.

“Məyusluq hiss edirəm. Əsəbləşirəm. Vəssalam”, -deyə Amorim əsəbi halda vurğulayıb.

Amorim matçın taleyinə təsir edən əsas epizoda da toxunub və detallara diqqətin vacibliyini vurğulayıb: “Detallara qarşı çox diqqətli olmalıyıq. Həmin künc zərbəsi həlledici məqam idi”.

İdman.Biz

Məqalədə:
Seçilən
166
1
idman.biz

2Mənbələr