AZ

ABŞ Kanadaya 2,6 milyard dollar dəyərində hava hücumu silah və avadanlığının satışına icazə verib

ABŞ Dövlət Departamenti Kanada hökumətinə 2,68 milyard dollar dəyərində hava hücumu silahları və texniki xidmət avadanlıqlarının satışına razılıq verib.

Editor.az xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunur: “Dövlət Departamenti təxmini dəyəri 2,68 milyard ABŞ dolları olan hava hücumu silahları və onlarla bağlı avadanlıqların Kanada hökumətinə Xarici Hərbi Satış çərçivəsində verilməsini təsdiqləyib.”

DSCA-nın məlumatına görə, Kanada hökuməti hava hücumu silahları, onları dəstəkləyən texniki avadanlıqlar, həmçinin müvafiq cihazlar, proqram təminatı, köməkçi sistemlər və sənədlərin alınması ilə bağlı müraciət edib.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr