Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.
"Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir", - müraciətdə vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.