Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan 2030-cu ilə qədər istixana qazları emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq kimi iddialı milli hədəflər müəyyənləşdirib.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin AİB ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatında ADY sədri Rövşən Rüstəmov bildirib.
"Ölkənin əsas nəqliyyat qurumlarından biri kimi, ADY bu məqsədləri yalnız dəstəkləmir – biz onları reallaşdırmağa fəal töhfə verməyi öz üzərimizə götürürük", - Rövşən Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı artıq kütləvi daşımaların ən ekoloji təmiz formasıdır və ADY-nin ölkə üzrə ümumi emissiyalardakı payı 0,5%-dən az olsa da, atdığımız addımlar gələcək üçün böyük əhəmiyyət daşıyır. Bir çox mənalarda gələcək bu gün qoyulan relslərin üzərində gəlir. Sözü gedən layihə həmin relslərdən biridir.
"Bu, həm də Dekarbonizasiya, Rəqəmsallaşma, Korridor Rəqabətqabiliyyətliliyi və Təhlükəsizlik kimi prioritetləri planlaşdırma və investisiya qərarlarımızın mərkəzinə gətirən “2030 Strategi İstiqamətləri”mizi praktik addımlara çevirən əsas alətlərdən biridir", - Rövşən Rüstəmov bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.