AZ

Noxudun Sağlamlıq Faydaları və Qida Dəyəri

Noxudun

Noxud — paxlakimilər fəsiləsinə aid, zülal və liflə zəngin olan birillik bitkidir. Onun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistandır. Təzə və quru formada qida dəyəri yüksək olan noxud karbohidrat, vitamin və minerallarla zəngindir. Mütəxəssislər bildirirlər ki, həm ərzaq, həm də sənaye üçün geniş şəkildə becərilir.Sarı noxud dünya mətbəxində ən çox istifadə edilən paxlalılardandır və zülal, maqnezium, kalium, A və C vitaminləri ilə son dərəcə zəngindir. Araşdırmalara görə, onun zülal miqdarı yumurta ilə müqayisə edilə biləcək səviyyədədir.Ulusum.az xəbər verir ki, mütəxəssislərin fikrincə, noxud ürək fəaliyyətini yaxşılaşdırır, qanda şəkəri tənzimləyir, bədəni enerji ilə təmin edir, qaraciyər və qanı təmizləyir, eyni zamanda görmə qabiliyyətini gücləndirir.Arıqlamaq üçün isə bişirilmiş və üyüdülmüş noxud gün ərzində kiçik porsiyalarla qəbul edilir, bu isə həm çəkiyə, həm də toksinlərin atılmasına müsbət təsir göstərir.Noxud dünya mətbəxində xumus, falafel və müxtəlif pürelərin əsas komponenti kimi geniş istifadə olunur.R.Daşdəmirova

Diqqət Çəkənlər

Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO

Qotur təhlükəsi: Səpgilər varsa, antibiotik yox – düzgün diaqnoz vacibdir!

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq

Seçilən
61
ulusum.az

1Mənbələr