AZ

ADY sədri: AİB bir çox sahələrdə etibarlı tərəfdaşımızdır

Asiya İnkişaf Bankı (AİB) "Azərbaycan Dəmir yolları" QSC-nin bir çox sahələrdə etibarlı tərəfdaşı olub və bu gün əməkdaşlığımız yeni, transformativ bir mərhələyə köçürülür.

"APA-Economics” xəbər verir ki, bunu ADY sədri Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin AİB ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatında bildirib.

"ADY Qafqaz və Mərkəzi Asiya regionunda AİB ilə hərtərəfli dekarbonizasiya proqramı hazırlayan ilk dövlət dəmir yolu şirkəti olmaqdan qürur duyur. Birlikdə artıq ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivəsini hazırlamışıq və bu sənədlər Azərbaycanın Milli İnkişaf Strategiyaları, ADY-nin 2030 Strategi İstiqamətləri, Paris Sazişi və qlobal dayanıqlılıq standartları ilə tam şəkildə uzlaşdırılıb. İndi isə bu layihə vasitəsilə həmin strateji çərçivəni praktikaya çeviririk.

Bu gün başladığımız layihə dəmir yolu infrastrukturumuz üzrə bərpa olunan enerji inkişafına yönəlmiş tam strukturlu investisiya proqramının hazırlanmasına kömək edəcək. Texniki məsələlərlə yanaşı, tədqiqat layihənin maliyyə, iqtisadi, ekoloji və sosial aspektlərini də əhatə edəcək ki, bu da layihənin həm təsirli, həm də dayanıqlı olmasını təmin edəcək", - ADY rəhbəri qeyd edib.

Onun sözlərinə görə, layihə elə bir vaxta təsadüf edir ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında getdikcə daha vacib bir nəqliyyat qovşağına çevrilir. Orta Dəhliz və Şimal-Cənub marşrutu üzrə yüklərin həcmi artdıqca, dəmir yolu sistemimizin rəqabətqabiliyyətliliyi onun daha səmərəli, etibarlı və daha az karbon izi ilə işləməsindən asılıdır. Dekarbonizasiya isə bu üç istiqamətin hamısını gücləndirir.

Seçilən
27
2
apa.az

3Mənbələr