AZ

Neftçalada oğul 70 yaşlı atasını döydü

Neftçala rayonunda oğul atasını döyüb.

7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Neftçala şəhəri, 6-cı məhəllədəki evlərdən birində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Ruslan Məmmədov (ad və soyad şərtidir) yaşadığı evdə 1955-ci il təvəllüdlü atası ilə mübahisə edib. Mübahisə nəticəsində Ruslan atasını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib.

Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə ata ilə oğul arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Seçilən
112
7news.az

1Mənbələr