AZ

“İlin bankı” ABB oldu!

Bakı. Trend:

Qlobal maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “TheBanker” jurnalı 2025-ci ilin nəticələrinə görə "İlin bankı”mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı”mükafatını ABB qazanıb. Londonda keçirilən təntənəli mərasimdəmükafat ABB-yə təqdim olunub.

“The Banker” jurnalı 2021-ci ildən bəri ardıcıl olaraq 5 ildirki, Azərbaycan üzrə “İlin bankı” məhz ABB-ni seçir.

Bank bu mükafatı ümumi fəaliyyət göstəricilərinə, eləcə dəəməliyyatlarının effektivliyinə, aktivlərinin keyfiyyətinə,dayanıqlı maliyyə mövqeyinə, risk menecmenti standartlarına,likvidliyinə, rəqəmsal bankçılıqdan yüksək istifadə səviyyəsinəgörə qazanıb. 2025-cü il üzrə “İlin bankı” mükafatına layiqgörülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCreditBank, HSBC, VakıfBank və başqa nüfuzlu banklar da yer alıb. Dahaətraflı məlumatlarla buradan tanış olmaqmümkündür.

“The Financial Times” qəzetinə aid olan “The Banker” jurnalı1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyəbaşladığı “İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartınaçevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə “Bankçılıq sektorununOskarı” kimi də qəbul edirlər.

“İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatəedir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlarheyətinin birgə qərarı ilə aparılır. Mükafatın təqdimatı tədbirindəhər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbərşəxsləri iştirak edir. Bu baxımdan, “The Banker” jurnalının “İlinbankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyəsektorunun ən böyük toplantılarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.azrəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Seçilən
10
9
az.trend.az

7Mənbələr