AZ

İran Azərbaycanın da olduğu təlimi “döyüşə hazırlıq” adlandırdı

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İzmirdə Azərbaycan, ABŞ, Türkiyə və Pakistan birgə hərbi təlimləri keçirilib. 

Təlimlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələri, Türkiyə Ordusu, ABŞ təhlükəsizlik bölməsi və Pakistan Hərbi Hava Qüvvələrinin patrul təyyarəsi iştirak edib.

Bu, təbii olaraq sual doğurur ki, onlar daim dəniz ssenarilərini tətbiq edərək kimə qarşı döyüşməyə hazırlaşırlar? Cavab göz qabağındadır: İran, Rusiya və Çin”.

“Cebheinfo.az” xəbər verir ki, bunu  “@sepah_pasdaran_ru”  “Telegram” kanalı yazır.

“Bu manevrlər Vaşinqton və Londonun himayəsi altında Xəzər-Qara dəniz bölgəsində İran və Rusiya əleyhinə blok yaratmağa yönəlmiş çəkindirmə strategiyasının bir hissəsidir”,-deyə xəbərdə vurğulanır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
1
cebheinfo.az

2Mənbələr