AZ

Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxacaq

Ajans.az xəbər verir ki, bu gün saat 14:20-də Bakı Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxacaq. AXCP sədri həbsinin əsassız olduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
14
3
Ajans.az

4Mənbələr