AZ

Lökbatan xəstəxanası Narkoloji Mərkəzə çevrilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tabeliyində olan tibb müəssisələrinin yenidən qurulması ilə bağlı satınalma müqaviləsi imzalanıb.

"Cebheinfo.az" Banker.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək 123 çarpayılıq Narkoloji Mərkəz kimi istifadəyə verilməsi (1-ci mərhələ) çərçivəsində əsaslı təmir işləri həyata keçiriləcək.

Bu istiqamətdə qurum PRO Construction Company MMC ilə 754.795,77 AZN məbləğində müqavilə bağlayıb.

"Cebheinfo.az"

Seçilən
104
8
cebheinfo.az

10Mənbələr