AZ

Modi Putinə Hindistanın Ukrayna böhranı ilə bağlı “neytral olmadığını” bildirib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modi ilə görüşüb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Putin Hindistan Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli üçün ABŞ-la birgə addımlar atılır.

Modi isə dünyada çox dəyişikliklərin yaşandığını vurğulayıb. O əlavə edib ki, sülhün tezliklə bərqərar olması istiqamətində bütün səyləri dəstəkləyirlər.

Eyni zamanda, Modi Putinlə danışıqlarda bildirib ki, Hindistan Ukrayna böhranı ilə bağlı “neytral deyil”, amma “sülhün tərəfindədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
1
apa.az

6Mənbələr