Azərbaycan Milli Elmlər Akademiyası akademik Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə onunla bağlı məhkəmə qərarından sonra baxılacaq.
AMEA-nın prezidenti İsa Həbibbəylinin bu açıqlaması hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi qəzeti “Yeni Azərbaycan”ın baş redaktoru Alqşı Musayevin etirazına səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Modern.az-ın məlumatına görə, YAP-çı baş redaktor AMEA-nı məhkəmə qərarını gözləmədən, dərhal müzakirəyə çıxarmağa çağırıb.
“Milli Elmlər Akademiyasının açıqlaması olduqca məntiqsiz və səhv yanaşmadır. Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir.
Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
"Cebheinfo.az"