Bakı. Trend:
Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öztöhfəsini verib və bundan sonra da birlik amallarına sadiqqalacaq.
Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevbu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək,məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasındabildirib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələrlə əlaqələringenişləndirilməsi və Türk dünyasının gücləndirilməsi Azərbaycanınınprioritetlərindəndir:
"Türk Dövlətləri Təşkilatı artıq dünya miqyasında xüsusi rolamalikdir və üzv ölkələr arasında siyasi, iqtisadi, sosial, həmçinintürk irsi və mədəni əlaqələr daha da dərinləşir. Bugünkü iclasımızölkələrimizdə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasınaxidmət edən tarixi bir hadisədir. Bu əlaqələrin genişləndirilməsivə Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritetlərindənbiridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevqeyd edib ki, 'Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalqtəşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır.' Bu baxımdan,Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsinə öz töhfəsiniverib və bundan sonra da birlik amallarına sadiq qalacaq".
Nazir bugünkü görüşün ölkələrimiz üçün daha inklüziv vədayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfə verəcəyinəəminliyini ifadə edib.