ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Los Anceles Leykers”in təcrübəli basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm mövsümündə “Toronto Reptors”la keçirilən matçda 10 xal səddini keçə bilməyib.
AZƏRTAC xəbər verir ki, 40 yaşlı oyunçu matçı 8 xalla başa vurub. Bununla da ulduz basketbolçunun 1297 oyunluq seriyası sona çatıb.
Görüş Los Anceles klubunun 123:120 hesablı qələbə ilə yekunlaşıb.
Lebron Ceyms bu mövsüm NBA-nın müntəzəm mövsümündə “Los Anceles Leykers”in heyətində 6 oyun keçirib. O, bu qarşılaşmalarda orta hesabla 14 xal, 4,3 ribaund və 7,8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.