“Vəfa Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülər və könüllülük hərəkatının ölkəmizdəki inkişafı barədə fikirlərini QHT.az -a bölüşüb.
Fatimə Hacıbəyli bütün könüllüləri ürəkdən təbrik edərək bildirib ki, könüllülük bu gün Azərbaycanda təkcə sosial yardımlaşma forması deyil, eyni zamanda mühüm ictimai institut, güclü birlik və həmrəylik nümunəsinə çevrilib:
"Son illər Azərbaycanda könüllülük hərəkatının sürətli inkişafı göstərir ki, gənclərimiz cəmiyyətin problemlərinə biganə deyil, əksinə, onların həllində fəal iştirak etməyə hazırdırlar. Bu prosesdə QHT-lərin rolu xüsusi önəm daşıyır. QHT-lər könüllülər üçün bir məktəb, inkişaf platforması və sosial dəyişimin aparıcı qüvvəsidir. Layihələrin təşkili, gənclərin aktiv fəaliyyətə cəlb olunması, həmçinin cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin davamlılığında QHT-lərin əvəzsiz xidməti var. Könüllülük - başqasına edilən yaxşılıqdan daha çox, cəmiyyətə sevgi və məsuliyyətin təzahürüdür. Bu yolda çalışan hər bir könüllü bizim üçün dəyərlidir.
Sonda o, bütün könüllüləri bir daha təbrik edərək Beynəlxalq Könüllülər Günü münasibətilə uğurlar arzulayıb:
"Könüllülər Gününüz mübarək!"