AZ

Adil Tağıyev: Azərbaycanda media sahəsində fəaliyyət müəyyən qanun və normativ aktlarla tənzimlənir

Bakı, 5 dekabr, AZƏRTAC

Medianın möhkəm, peşəkar və etibarlı ekosistem üzərində qurulması yalnız jurnalistlərin məsuliyyəti deyil, eyni zamanda, qanunvericilik bazasının düzgün işləməsi və dövlət, media, cəmiyyət münasibətlərinin aydın hüquqi çərçivəyə salınması deməkdir. Azərbaycanda media sahəsində fəaliyyət müəyyən qanun və normativ aktlarla tənzimlənir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzulu panel sessiyada Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev deyib.

“Azərbaycan Respublikasının “Media haqqında” Qanunu medianın fəaliyyət prinsiplərini, jurnalistlərin hüquq və vəzifələrini, informasiya yayımının meyarlarını, redaksiya müstəqilliyi və media azadlığının hüquqi bazasını müəyyən edir. Qanun media sahəsində məlumatın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı prosedurlarını, media subyektlərinin statusunu, onların hüquq və vəzifələrini, jurnalistlərin hüquqlarını, media azadlığını, redaksiya müstəqilliyini, dövlətin media sahəsindəki öhdəliklərini müəyyən edir.

Media ilə qanunlar informasiya yayımında şəffaflıq və məsuliyyətin artırılması, jurnalistlərin hüquqlarının qorunması və peşə fəaliyyətinin təminatı, dezinformasiyanın qarşısının alınması və media mühitində etimadın gücləndirilməsinə və digər sahələrə xidmət edir”, - deyə Agentliyin Hüquq şöbəsinin müdiri vurğulayıb.

 

Seçilən
35
azertag.az

1Mənbələr