AZ

Nərimanov metrosunun çıxışını niyə su basıb? RƏSMİ AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda bu gün hava yağıntılı müşahidə olunur. Yağışın yağması isə insanlar üçün bir çox çətinliklər yaradır. Bunlardan biri yollarda insanların keçə bilməyəcəyi qədər su yığılmasıdır. Belə hallardan biri elə bu gün səhər saatlarında metronun "Nərimanov Nərimanov" stansiyasından "Rabitəbank" istiqamətinə olan çıxışında yaşanıb. Elə həmin yerdə bir neçə ay öncə kanalizasiya daşmışdı. Bu səhər isə həmin yol demək olar ki, gölməçəyə çevrilmişdi.

Redaktor.az məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, ərazidə tullantı su şəbəkəsində tutulma baş verib, bu səbəblə suların ətrafa toplanması müşahidə edilir:

"Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib, xəttin fəaliyyətinin bərpası istiqamətində işlər görülür. Məlumat üçün qeyd edək ki, tullantı su şəbəkəsinin vaxtaşırı tutulmasına səbəb vətəndaşların xətlərə məişət tullantılarını atmaları olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundən kənar əşyalar məişət tullantıları (yağ, salfet və s.) atmasınlar. Kanalizasiya xətti yalnız tullantı su axıtmaq üçündür, məişət əşyalarının xətlərə atılması arzuolunmazdır", - deyə cavabda qeyd olunur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
1
redaktor.az

2Mənbələr