AZ

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Sayman Aruz məsələsi ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Güney Azərbaycan ədəbiyyatçılarının Sayman Aruzla bağlı müraciətini şərh edərkən deyib.

“Sayman Aruzla bağlı yaxın günlərdə iclas keçiriləcək. Qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Güney Azərbaycanın tanınmış yazar və tədqiqatçıları Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına rəhbərlik edən Sayman Aruzla bağlı bəyanat yayıblar.

Bəyanatda Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyətin ədəbi birliyin inkişafına xidmət etmədiyi, bu şəxsin Güney yazarlarını təmsil etmədiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
axar.az

3Mənbələr