
Yevlaxdakı yanğında şəhid anası həlak oldu - Bacı-qardaşı yaralandı Yevlaxda Səməd Vurğun küçəsində yerləşən mənzildə baş verən yanğın ölümlə nəticələnib. Hadisə zamanı 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq həyatını itirib. Onunla birlikdə evdə olan Yasəmən Vahabova və Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıblar. Yaralılardan biri ambulator müalicə üçün evə buraxılıb, digəri isə Yanıq Mərkəzinə təxliyə edilib. Məlum olub ki, ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Mehdiyevin anasıdır. Yanğın mənzilin 20 kvadratmetrlik hissəsini əhatə edib və əşyalarla birlikdə tam yanıb. Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Beyləqanda İKT İşçilərinin Peşə Bayramı Qeyd Olundu
Qotur təhlükəsi: Səpgilər varsa, antibiotik yox – düzgün diaqnoz vacibdir!