AZ

TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin növbəti iclası Türkiyədə keçiriləcək

Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin növbəti iclası Türkiyədə keçiriləcək.

Day.Az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubançıbek Ömüralıyev bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Onun sözlərinə görə, məşğulluğun tənzimlənməsi, pensiya hüququnun daşınması, sosial müdafiə mexanizmləri, ixtisasların qarşılıq tanınması çərçivəsində əməkdaşlıq mühümdür:

"İşçi qüvvəsinin sərbəst hərəkətinin asanlaşdırılması strateji priotetlərdən biri olmalıdır. Birlikdə vətəndaşların tələblərinə cavab verən, inklüziv əmək bazarı yarada bilərik".

Seçilən
27
2
day.az

3Mənbələr