ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ermənistan məhkəməsi dünən polis tərəfindən saxlanılan Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, hakim istintaqın bununla bağlı vəsatətini təmin edib.Vəkili Arsen Babayanın sözlərinə görə, arxiyepiskop 2018-ci ildə Katolikos II Qareginə qarşı keçirilmiş aksiyanın iştirakçılarından birinin çantasına narkotik vasitələr atmaqla bağlı tapşırıq verməkdə ittiham olunur. Bildirilir ki, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq məqsədilə edib. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.