Bakı, 5 dekabr, G.Mahmudlu, L.Muradzadə, AZƏRTAC
Dekabrın 5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilata üzv olan - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi ölkələrin - Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistanın əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmiləri iştirak edirlər.
Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən iclasın yekununda Birgə Bəyannamə imzalanacaq.