Bu il dekabrın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 905 398 olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 503 mindən çox artım müşahidə edilib. O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493 949 vahid artıb və 1 033 871 olub.
Telegram kanalımız