AZ

Yeni strategiya: ABŞ Afrika ilə əlaqələrində diqqətini ticarətə yönəldəcək

Birləşmiş Ştatlar Afrika ölkələri ilə münasibətlərdə diqqətini yardımdan ticarət və investisiyaya çevirmək istəyir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.

Mətndə qeyd edilir: "Birləşmiş Ştatlar Afrika ilə əlaqələrində diqqətini yardımdan ticarət və investisiyaya çevirməli, bazarlarını Amerika mal və xidmətlərinə açmaq istəyən bacarıqlı, etibarlı dövlətlərlə tərəfdaşlığa üstünlük verməlidir. Nüvə enerjisi və kritik mineral hasilatı Amerikanın Afrikaya investisiyası üçün əsas sahələr olmalıdır".

Qeyd olunur ki, ABŞ-nin yardımı ilə nüvə energetikasının, eləcə də mayeləşdirilmiş təbii qaz və neft qazı texnologiyalarının inkişafı Amerika şirkətləri üçün mənfəət gətirəcək, həmçinin kritik minerallar və digər ehtiyatlar uğrunda rəqabətə kömək edəcək. 

Zeynəb Rzayeva
 

Seçilən
48
1
bakivaxti.az

2Mənbələr