AZ

Ofelya Şabanova boşanma iddialarına cavab verdi

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Sosial mediada müğənni Ofelya Şabanovanın boşanacağı haqqında fikrlər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, ifaçı yayılan iddialara cavab verib:

" Allah eləməsin. Bunu yayan Yalçının (aparıcı Yalçın Uğur - red.) dili qurusun. Efirdə bu fikrləri səsləndirdi, fikirim başqa yerdə olduğu üçün fərqinə varmadım. Elə bir şey yoxdur. Hər şey qaydasındadır. Yeni mahnım bir az ayrılıq haqqında olduğu üçün bu cür iddialar yayılıb".

Qeyd edək ki, Ofelya Şabanova efirdə olarkən son səsləndirdiyi ifaya görə aparıcı Yalçın Uğur onun boşanacağını iddia edib. 

Aydan Hacı 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
3
yenisabah.az

4Mənbələr