AZ

Gürcü jurnalist: BBC-nin bəyanatı istehza obyektinə çevrildi

Gürcüstanda BBC-nin kimyəvi silah tətbiqi ilə bağlı yaydığı məlumat istehza obyektinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstanın “Eucrocracy – Former Europe” proqramının aparıcısı İoane Şaişmeliaşvili bu fikri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İctimai etimadın formalaşmasında KİV-in rolu və informasiya təhlükəsizliyi” mövzusunda çıxışı zamanı bildirib.

“Dünyada elə nüfuzlu media qurumları var ki, onların yaydığı xəbərlər nə şübhə doğururdu, nə də əlavə yoxlama tələb olunurdu. BBC də onlardan biri idi. Amma onların Gürcüstanla bağlı yaydığı məlumat istehzaya səbəb oldu. Bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampla bağlı da saxta məlumat yaymışdılar. Daha sonra özləri etiraf etdilər ki, yayımladıqları görüntülər montaj olunmuşdu və prezidentin fikirləri təhrif edilmişdi. Azərbaycanla bağlı da müxtəlif dezinformasiyalar paylaşılmışdı. Təəssüf ki, bu gün nüfuzlu media qurumları belə, öz nüfuzlarını risk altına atırlar”, – deyə jurnalist vurğulayıb.

Seçilən
109
nocomment.az

1Mənbələr