AZ

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Noyabrın 28-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşavirləri Cəfər Babayev, Əhməd Həsənov və Dövlət Satınalmaları Şöbəsinin müdiri Elşən Həsənov vəzifələrindən azad olunub.

Bu barədə “AzPolitika”ya mötəbər mənbədən məlumat daxil olub. Hər üç şəxsin dövlət satınalmaları ilə bağlı yol verdukləri hüquq pozuntuları səbəbindən vəzifələrini itirdiyi bildirilir.

Mənbə yaxın günlərdə baş verənlərlə əlaqədar Agentliyin sədri Elnur Bağırovun da vəzifəsini itirə biləcəyini qeyd edib. 

Xatırladaq ki, o, bu il fevralın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib. E. Bağırov daha sonra öz komandasını formalaşdırıb və adları çəkilən şəxsləri Agentlikdə yüksək vəzifələrə təyin edib.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
azpolitika.info

3Mənbələr